HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU – nun İlahiyyat fakültəsinin əməkdaşı “XXI-ci əsrdə tədris: innovasiya, inteqrasiya və motivasiya” adlı konfransında

18/04/2017

BDU İlahiyyat fakültəsinin ərəb dili müəllimi və tyutoru Aynur Məmmədova XXI əsr beynəlxalq tədris mərkəzində keçirilən XXI ƏSRİN MÜƏLLİMLƏRİNİN BİRİNCİ İLLİK KONFRANSI – XXI-ci əsrdə tədris: innovasiya, inteqrasiya və motivasiya adlı konransda iştirak edib.

O, Bakı Dövlət Universitetindəki xarici dilin müasir metodlarla mənimsədilməsi metodologiyasından bəhs edən məruzə ilə çıxış edib. Ərəb dilinin çətinlikləri ilə yanaşı tələbələr üçün müasir standartlarla onun necə öyrənilməsi üçün tətbiq edilən yerli platformalardan danışıb

Bookmark and Share