HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU - nun İlahiyyat fakültəsinin əməkdaşı esse müsabiqəsinin qalibi oldu

19/04/2017

Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində dünya şöhrətli yazıçı, “ərəb romanının əmiri” sayılan Nəcib Məhfuzun yaradıcılığına həsr olunan "Nəcib Məhfuz oxucuların gözü ilə..." adlı esse müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Tədbirdə çıxış edən mərkəzin direktoru Əhməd Sami Elaydi yazıçının həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd Nobel mükafatı laureatı Nəcib Məhfuzun azərbaycanlı gənclərə, eləcə də qələm adamlarına tanıdılmasıdır. Həmçinin Azərbaycan mədəniyyəti və incəsənətinin Misirdə təbliğ edilməsi, Azərbaycan ədiblərinin ərəb oxucusuna tanıdılması üçün geniş imkan yaratdıqlarını söyləyən Ə.Sami öz ölkəsində “Azərbaycan ədəbiyyatı antologiyası”nın nəşr olunduğunu diqqətə çatdırıb.

Tədbirdə yazıçının həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Daha sonra mövzu ətrafında çıxış edənlər Yaxın Şərqin Balzakı adlandırılan Nəcib Məhfuzun 34 roman və 350-dən çox hekayəsinin şərq, eləcə də dünya ədəbiyyatına əvəzsiz töhfəsindən danışıblar.

Münsiflər – yazıçı Vaqif Sultanlı, tənqidçi Cavanşir Yusifli və Nəriman Əbdürrəhmanlı müsabiqənin keçirilməsinin əhəmiyyətindən və Nəcib Məhfuz yaradıcılığından söz açıblar.

Münsiflərin seçiminə görə, 1-ci yerə fakültəmizin əməkdaşı Aynur Məmmədova, 2-ci yerə gənc yazar Nigar An layiq görülüb. Şair Fərid Hüseyn isə 3-cü yerin sahibi olub.

Bookmark and Share