HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU - nun İlahiyyat fakültəsinin dosenti beynəlxalq simpoziumda

28/12/2017

BDU – nun İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının dosenti, i.f.d. Elnurə Əzizova Türkiyə Respublikası Türk Tarix Qurumunun təşkilatçılığı ilə keçirilən “100. yılında Bağdat ve Kûtu’l-Amâre” beynəlxalq simpoziumunda iştirak edib. Simpoziumun proqramı Bağdadın iqtisadi, sosial və mədəni tarixini və Birinci Dünya Müharibəsində Kûtul-Amâra Zəfərinin orijinal elmi tədqiqatlarını əhatə edib. Dosent E.Əzizova simpoziumda “Kutul-Amarə mühasirəsində əsir düşmüş ingilis hərbiçilərin yazılarında Türk və Ərəb təsəvvürü” adlı məruzə ilə çıxış edib.



Bookmark and Share