HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU – nun İlahiyyat fakültəsindəTürkiyənin Diyanət İşləri Başqanı ilə görüş olub

25/12/2017

“2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfrans çərçivəsində Bakıya gələn Türkiyənin Diyanət İşləri Başqanı Əli Ərbaşın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin qonağı olub. Fakültənin dekanı, akademik Vasim Məmmədəliyev qonaqları salamlayaraq fakültənin yaranma tarixi, beynəlxalq əlaqələri haqqında məlumat verib. Fakültənin 1992-1993 – cü tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universiteti və Türkiyə Diyanət Vəqfi arasında bağlanmış müqavilə əsasında təsis olunduğunu xatırladıb. Türkiyənin Diyanət İşləri Başqanı Əli Ərbaş fakültə ilə tanışlıqdan məmnunluğunu bildirib, elm-təhsil sahəsində əlaqələrin inkişafının əhəmiyyətindən danışıb. Fakültə müəllimlərinin tərcümə etdiyi kitablarla tanış olan qonaq, İlahiyyat fakültəsinin əhəmiyyətini qeyd  edərək, ölkəmizdə dini mühitin sağlam inkişafına mühüm  töhfə olduğunu vurğulayıb.


Bookmark and Share