HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BDU – nun İlahiyyat fakültəsində “İslam həmrəyliyi ili” çərçivəsində tədbir keçirilib

08/05/2017

Tədbiri giriş sözü ilə İslamşünaslıq Elmi – Tədqiqat Mərkəzinin rəhbəri, professor Əsədulla Qurbanov açıq elan edib. O, “Müstəqil Azərbaycan dünyada islam həmrəyliyinin carçısıdır” adlı məruzəsində Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında  imzaladığı sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatı, İSESKO, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək İslam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli mədəni forumların təşkilatçısı kimi çıxış edib. Daha sonra AMEA – nın Fəlsəfə və Sosiologiya İnstitutunun Dinşünaslıq, Mədəniyyətin fəlsəfi problemləri şöbəsinin müdiri Sakit Hüseynov, İlahiyyat fakultəsinin dekan müavini Osman Aydınlı çıxış ediblər. Sonda “İslam həmrəyliyi ili” ilə əlaqədar olaraq video – çarx nümayiş olunub.


Bookmark and Share