HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində 31 mart –soyqırım qurbanları anılıb

31/03/2017


Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində 31 mart – Azərbaycanlılarının Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbiri giriş sözü ilə fakültənin dekanı, akademik Vasim Məmmədəliyev açaraq 31 mart Soyqırımı haqqında məlumat verib, bu soyqırımın Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürü olduğunu diqqətə çatdırıb. Akademik A. Məmmədəliyev bildirib ki, soyqırım Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilib, dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb milli mədəniyyət abidələri məhv edilib. Fakültənin dekan müavini professor Osman Aydınlı, dosent Xumar Səfərova, fakültənin tələbələri Xəzər Nemətov, Şəfəq Fətullayeva Soyqırım haqqında tarixi  məruzə ilə çıxış ediblər. Tədbirin sonunda 31 mart soyqırımından bəhs edən videoçarx nümayiş olunub.


Bookmark and Share