HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Bakı Dövlət Universitetində ilaxır çərşənbəsi qeyd edilib

15/03/2016

Bakı Dövlət Universitetində rektor, akademik Abel Məhərrəmov və müəllim-tələbə heyətinin iştirakı ilə Novruz şənliyi keçirilib. Tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən rektor Abel Məhərrəmov bayramın ölkəmizdə dövlət səviyyəsində qeyd olunmasının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu xatırladıb. Rektor bayramın tarixi kökləri, özünəməxsusluğu, o cümlədən, ilaxır çərşənbə hesab olunan torpaq çərşənbəsinin xüsusiyyətlərindən danışıb. Novruzun birlik, qardaşlıq bayramı olduğunu deyən rektor Abel Məhərrəmov onu sülh, mənəvi saflıq, barışıq,  təbiətin oyanışı kimi xarakterizə edib.

Daha sonra filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının  təşkilatçılığı ilə bayramın tarixi dəyərini, xalqımızın adət-ənənələrini, Novruz  rəmzlərini əks etdirən  nümunələr, tələbələrin hazırladıqları səhnəciklər nümayiş etdirilib.

Sonda Universitetin həyətində möhtəşəm Novruz tonqalı alovlandırılıb, tələbələr tonqal ətrafında dövrə vuraraq “yallı” rəqsini ifa edib, maraqlı konsert proqramı ilə çıxışlar ediblər.

Bookmark and Share