HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Azərbaycan nümayəndə heyəti İspaniyada səfərdədir

11/11/2016

İspaniyanın Madrid və Mursiya şəhərlərində keçirilən “Dinlərarası dialoqun sülhə və multikultural həyata töhfəsi” mövzusundakı konfranslarda iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti bu ölkədə səfərdədir. Konfranslar Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən elan edilmiş “Multikulturalizm ili” çərçivəsində keçirilir. Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyinin və İspaniyanın Mursiya Katolik Universitetinin birgə təşkil etdiyi tədbirlərdə Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, həmçinin ənənəvi dini konfessiya başçıları – Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Bakı dağ yəhudiləri dini icmasının başçısı Milix Yevdayev və Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete iştirak edirlər.
Səfərin ilk günündə Azərbaycan nümayəndə heyəti İspaniya Senatında olub, Senatın prezidenti Pio Qarsia Eskudero ilə görüşüb. Azərbaycan nümayəndə heyəti İspaniya Senatının binası, burada yerləşən qədim və zəngin kitabxana ilə tanış olub. Sonra nümayəndə heyətinin üzvləri İspaniyanın Təhsil, Mədəniyyət və İdman Nazirliyində olublar. Burada Azərbaycan nümayəndə heyəti nazir müavini Fernando Venzo Saynz və nazirliyin universitetlər üzrə katibliyinin rəhbəri Xorxe Saynz Qonzales ilə görüşüb. Görüşlərdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib. Təklif olunub ki, Azərbaycandakı orta məktəblərdə ispan dilinin, İspaniyadakı ali məktəblərdə isə multikulturalizm fənninin keçirilməsi məsələləri ətrafında iş aparılsın. Azərbaycan hökumətinin universitetlərdə tədris etdiyi multikulturalizm fənni dünyanın 20-yə yaxın ölkəsində tədris proqramına salınıb. Həmçinin ölkələrimizin universitetləri arasında tələbə və müəllim mübadiləsi də əsas müzakirə mövzularından olub. 
Noyabrın 8-də İspaniyanın paytaxtı Madriddə keçirilən konfransda Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov da çıxış edərək Azərbaycanın tarixən müxtəlif dinlərin və mədəniyyətlərin qorunduğu məkan olduğunu bildirib. Burada uzun əsrlər zərdüştlük, yəhudilik, xristianlıq, İslam formalaşıb və yayılıb. Torpaqlarımızın 20 faizindən çoxunun Ermənistan tərəfindən işğal olunmasına, bir milyondan artıq azərbaycanlının öz torpaqlarından qovulmasına, işğal altında olan ərazilərimizdə çoxsaylı dini, mədəni və tarixi abidələrin dağıdılmasına rəğmən, Bakı başda olmaqla Azərbaycan ərazisindəki erməni kilsələri dövlət tərəfindən qorunur, lazım gəldikdə təmir olunur. Multikulturalizmin qorunması və təbliği istiqamətində elm və təhsilin də böyük rolunu qeyd edən akademik təhsil sistemlərinin monokultural əsaslardan multikultural əsaslara keçməsinin vacibliyini vurğulayıb.
Konfrans işini İspaniyanın Mursiya şəhərində davam etdirir.

 

Bookmark and Share