HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Akademik Vasim Məmmədəliyev “İslam Həmrəyliyi İli” çərçivəsində “Gənc istedadlar” liseyində olub

17/03/2017

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar”  liseyi  “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirib. Universitetin İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin iştirakı ilə keçirilən tədbiri liseyin direktoru, professor Qasım Hüseynov açıb. Professor Qasım Hüseynov Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə imzaladığı “Təhsil  müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq uşaq və gənclərin mənəvi inkişafının əhəmiyyətindən danışıb.

Sonra İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının baş müəllimi, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov “Akademik Vasim Məmmədəliyevin elmi və pedaqoji fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edərək dünya şöhrətli şərqşünas alimin elm və pedaqoji fəaliyyətindən bəhs edib.

Tədbirdə akademik Vasim Məmmədəliyev liseyin müəllim və şagird heyətinin çoxsaylı suallarını cavablandırıb.

Bookmark and Share