HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Elm və sənət məclisi

23/11/2009

Bakı Dövlət Univeristetinin İlahiyyat fakültəsində 16 noyabrda “Elm və Sənət məclisi” çərçivəsində seminar keçirilmişdir. “Varlıq və bilgi qaynağı olaraq Qurani-kərim” adlı seminar mövzusunu İSAM (İslam Araşdırmaları Mərkəzi)ın tədqiqatçısı Tahsin Güngör təqdim etdi. Qurani-kərimin günümüzdəki təsir gücündən danışaraq bir çox məsələlərə toxunan tədqiqatçı ilahi sözün gücündən bəhs etməklə yanaşı, Quranın keçmişdə yaşamış, günümüzdə yaşayan və qiyamətə qədər də yaşayacaq bütün insanlara xitab olan bir kitab olduğunu, insanların mənəvi dünyalarına təsiredici gücünü vurğulamışdır. Tahsin bəy onu da qeyd etmişdir ki, Quran sadəcə bir kitab deyil, bir cəmiyyət və bu cəmiyyətin fəaliyyətləri nəticəsində  bir mədəniyyət meydana gətirən “varlıq qaynağı”dır.

Bookmark and Share