HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

2016-cı il üçün BDU doktoranturaya qəbul elan edir

24/11/2016

Doktoranturaya (dissertanturaya) sənədlərin qəbulu 2016-cı ilin 25 noyabr-15 dekabr tarixlərində saat 09:00-17:00-dək hər gün (şənbə və bazar günləri istisna olmaqla) BDU-nun əsas binası, Magistratura və Doktorantura şöbəsində (otaq №237) aparılacaq. Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul imtahanları 19 dekabr 2016-cı ildən 12 yanvar 2017-ci il tarixinədək keçiriləcəkdir. Qəbul qaydaları haqqında ətraflı məlumatı BDU-nun Magistratura və Doktorantura şöbəsindən və İnternet saytından (www.bsu.edu.az) almaq olar.

http://mad.bsu.edu.az/


Ünvan: BDU-nun Əsas binası, Magistratura və Doktorantura şöbəsi. Telefon 012-539-06-71

Bookmark and Share