HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

2009-cu ilin payızında Bakı Dövlət Universitetinin 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans keçiriləcəkdir.

09/06/2009

Konfransda Azərbaycan və xarici ölkələrin tanınmış alimlərinin iştirakı nəzərdə tutulur. Materiallar tezislər şəklində nəşr olunacaqdır. 
Tədbirin gündəliyi və keçirilmə tarixi haqqında əlavə məlumat veriləcəkdir.
Tezislərin tərtib olunma qaydaları:
Tezisin adı-böyük hərflərli, qalın, şrift 12pt.
Müəllifin adı, atasının adı, soyadı-adi hərflərlə, qalın, şrift 12pt.
Təhsil müəssisəsinin adı-adi hərflərlə, qalın, şrift 12pt.
Konfransa təqdim olunan tezisin (Azərbaycan, rus və ya ingilis dilində) həcmi 2 səhifədən cox olmamalıdır.
Mətnin yığılması-A4 formatda, hər tərəfdən 2,5 sm, şrift 12pt, interval 1, Times New Roman.
Tezislərin seçimini təşkilat komitəsi öz üzərinə götürür.
Bir müəllif 2-dən artıq tezis təqdim edə bilməz.
Tezislər təşkilat rəhbərinin rəsmi məktubu ilə birgə təqdim olunmalıdır. Tezisləri fakültənin müvafiq kafedralarında məsul şəxslərə təqdim etmək lazımdır:

Dillər kafedrası :  Mirzəyeva Səbinə

İslam elmləri kafedrası:  Tahirova Adilə

 

Bookmark and Share