1 Dekabr-Ümumdünya AİDS-lə mübarizə günüdür.
01/12/2011İlk dəfə 1988-ci ildə təsis edilmiş AİDS günü bu il artıq 21-ci dəfə keçirilir. Dünyada hər gün 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir. 2007-ci ilin sonuna yer kürəsində HİV-lə yaşayan insanların sayı 33,2 milyon təşkil edib ki, onlardan da 15,4 milyonu qadın, 2,5 milyonu uşaqdır.
Səhiyyə Nazirliyi tərəfindən HİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirilir.
Əziz gənclər! Gəlin bu haqda məlumatlanıb ətrafımızdakıları da AİDS-dən qoruyaq.
