HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

ƏYLƏNCƏ

ƏYLƏNCƏ
Bundan başqa İlahiyyat THT il ərzində iki dəfə Breyn-rinq, iki dəfə “Nə? Harada? Nə zaman?” intellektual oyunu təşkil edir. 2006-2007 tədris ilində İlahiyyat fakültəsinin “ Fəzilət ” komandası fakültələrarası 16-lar kubokunda I-ci yeri tutmuşdur.
Tələbələrin İslam tərbiyəsini inkişaf etdirmək məqsədilə İlahiyyat THT ildə iki dəfə “İslami biliklər müsabiqəsi” təşkil edir.

Təşkilat tətil vaxtlarında da tələbələrin istirahətini mənalı keçməsi üçün müxtəlif yerlərə münasib qiymətə səyahətlər təşkil edir. Yay tətili üçün Altıağac, Lənkəran, qış tətili üçün isə Türkiyənin Ərzurum şəhərinə səyahətlər buna misaldır.

Bookmark and Share