HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Vasim Məmmədəliyev


AMEA-nın həqiqi üzvü, akademik, filologiya elmləri doktoru, BDU-nun İlahiyyat fakültəsinin dekanı,
ərəb filologiyası kafedrasının müdiri

İş telefonu: (+99412) 5106545; (+99412) 5106595 
e-mail: ilahifak.@yahoo.com

QISA BİOQRAFİK MƏLUMAT

  • 1942-ci il avqust ayının 27-də Bakı şəhərində anadan olmuşdur
  • 1949-1959-cu illərdə Bakı şəhər 113 saylı orta məktəbdə təhsil almışdır
  • 1959-1964-cü illərdə BDU-nun şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirmişdir
  • 1978-ci ildən professordur
  • 1989, İraq Elmlər Akademiyası, 1994 İslam Təşkilatı Konfransı nəzdində İslam Hüququ Akademiyası
  • 1995, Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyası, 2003 Misir Ərəb dili Akademiyasının üzvü seçilmişdir
  • 1992-ci ildə Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür
  • 2001-ci ildə Azərbaycan MEA-nın müxbir üzvü seçilmişdir
  • 2002-ci ildə «Şöhrət ordeni» ilə təltif edilmişdir
  • 2003-cü ildə Dağıstan Respublikasının Əməkdar elm xadimi adına layiq görülmüşdür
  • 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının akademiki seçilmiıdir
  • Ailəlidir, iki qızı, bir oğlu var

 

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1968, namizədlik dissertasiyası, «Müasir ərəb -azərbaycan ədəbi dilində və İraq dialektində felin zaman formalarının müqayisəli- tipoloji təhlili», Tbilisi Dövlət Universiteti (Elmi rəhbər: akademik G.V. Tseriteli)
  • 1974, doktorluq dissertasiyası, «Müasir ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları», Tbilisi Dövlət Universiteti
  • 1959-1964, tələbə, ərəb filologiyası şöbəsi, şərqşünaslıq fakültəsi, BDU

ƏMƏK FƏALİYYƏTİ

  • 1959-1964, tələbə, ərəb filologiyası şöbəsi, şərqşünaslıq fakültəsi, BDU
  • 1965-1968, aspirant, Tbilisi Dövlət Universiteti
  • 1981-1991 ci illərdə BDU-nun şərqşünaslıq fakültəsinin dekanı
  • 1991-1992-ci illərdə BDU-nun prorektoru
  • 1992-ci ildən BDU -nun ilahiyyat fakültəsinin dekanı, ərəb fılologiyası kafedrasının müdiri
  • 30-dan artıq dissertasiya işinə elmi rəhbərlik, 40 dan çox dissertasiya işinə rəsmi opponentlik etmişdir
  • 20 kitabın, 600-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Əsərləri dünyanın 15-dən artıq ölkəsində nəşr edilmişdir
  • Türkiyə, İran, İraq, Misir, Liviya, Gürcüstan, Rusiya, Səudiyyə Ərəbistanı, Suriya, BƏƏ, Küveyt və digər ölkələrlə sıx elmi əməkdaşlıq edir
  • V.M.Məmmədəliyev akad. Z.M.Bünyadovla sovet rejimi dövründə Qurani-Kərimi ilk dəfə Azərbaycan dilinə tərcümə etmişdir. İlk dəfə 1991-ci ildə işıq üzü görmüş bu tərcümə indiyə qədər müxtəlif illərdə 10 dəfə nəşr olunmuşdur
  • Azərbaycan - İraq Dostluq Cəmiyyətinin sədri
  • 1997-ci ildən Qafqaz Müsəlmanları İdarəsi Elmi Dini Şuranın sədri

TƏDQİQAT SAHƏSİ

  • Ərəb dilçiliyi və filologiyası

BEYNƏLXALQ SEMİNAR, SİMPOZİUM VƏ KONFRANSLARDA İŞTİRAKI

  • 1978-1981- Rusiya Federasiyası, 1979- Polşa, 1995, 2006- Misir, 1996- ABŞ, 1998 –İndoneziya,1996,2000- İraq, 2000,2004- Türkiyə, 2002, 2003- İran, 2004, 2005- Gürcüstan, 2005 –Fransa

SEÇİLMİŞ ƏSƏRLƏRİ

  • 2002, Islam against terrorism, extremism and aggression. Cooperation for peace in the Caucasus. Tbilisi.. (ingilis dilində)
  • 2002, Сравнительный анализ индикативных и императивных наклонений в арабском языке и иврите. (C. Fərzəliyevlə birlikdə)
  • 2003, Aida İmanquliyeva Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri kimi
  • 2003, Əbu Həyyanın bəzi dilçilik görüşləri
  • 2003, Təsəvvüfdə ariflə alimin fərqi. Şərqşünaslığın aktual problemləri.(Q.T. Məmmədəliyeva ilə birlikdə)
  • 2004, Dünya şöhrətli alim. Rüstəm Əliyev fenomeni
  • 2004, Ərəb ədəbi dilində şərt budaq cümləli tabeli mürəkkəb cümlələr
  • 2004, İslam əxlaqı və onun əsas prinsipləri
  • 2004, Müsəlman alimlərinin qloballaşmaya münasibətinə dair bəzi qeydlər
  • 2004, S.S.Rəşadinin «Sərf nəhv» kitabı haqqında
  • 2004, Sibəveyhiyə tutulan iki məşhur irad barəsində bir neçə söz. Orta əsr əlyazmalan və Azərbaycan mədəniyyəti tarixi problemləri
  • 2005, Ərəb dilçiliyi ümumi dilçiliyin əsas qollarından biri kimi
  • 2005, Islamda məzhəblərin yaxınlığı və yaxınlaşmanın əsas istiqamətlərinə dair bəzi mülahizələr
  • 2006, Ərəb dili proqramı.(bakalavr pilləsi üçün) (N. Məmmədovla birlikdə)
  • 2006, Globalization in Estimation of Muslim Scientists. Globalization in Estimation of Muslim Scientists. (ingilis dilində)
  • 2006, Islam və gənclik
  • 2006, Milli jurnalistikamızın patriarxı. Mətbuatımızm klassiki
  • 2006, Mövlana Cəlaləddin Rumi yaradıcılığında Məsnəvi (Q.T. Məmmədəliyeva ilə birlikdə)
  • 2007, Ərəb dilinin nəzəri qrammatikası, fənn proqramı
  • 2007, Heydər Əliyev milli – mənəvi dəyərlərimiz, Heydər Əliyev və Azərbaycanda din siyasəti, Gerçəkliklər və perspektivlər. – Beynəlxalq konfransın materalları
  • 2007, Sami dillərin müqayisəli qrammatikası fənni üzrə magistr hazırlığı üçün proqram toplusu, Z.B. Hüseynovla birlikdə
  • 2007, Ümumi və ərəb dilçiliyi fənni proqramı, magistr hazırlığı üçün
  • 2007, Программа курса Сравнительная  грамматика семитских языков
  • 2008, İmam Qəzali və Fəxrəddin Razi, Dialoq XXI əsr
  • 2008, Глобализация и исламский мир, Россия и исламский мир. Стенограмма международной конференции, Москва
  • 2009, Aida İmamquluyeva fenomeni, Azərbaycanın görkəmli şərqşünası Aida İmamquliyevanın 70 illik yubiliyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransın materialları, Bakı
  • 2009, Ərəb ədəbi dilində qarışıq tipli mürəkkəb cümlələr, Azərbaycanın görkəmli şərqşünası Aida İmamquliyevanın 70 illik yubiliyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda respublika elmi konfransın materialları, Bakı
  • 2009, İslamda nikah və ailə etikası, BDU xəbərləri (humanitar elmlər seriyası)
  • 2009, Sami dillər (ərəb dili) ixtisası üzrə namizədlik minimum imtahanlarının proqramı, G.Y.Mahmudova və H.H.heybətovla birlikdə
  • 2009, Təsəvvüfün qayəsi nəfsi təmizləmək, qəlbi saflaşdırmaq, O.N.Topbaş, İmandan ehsana təsəvvüf, Bakı
  • 2010, Ənənəvi ərəb dilçiliyində başqa dillərin tədqiqi məsələsinə dair, BDU, İlahiyyat fakultəsinin elmi məcmuəsi
  • 2010, İslamda qadın haqları, BDU, İlahiyyat fakultəsinin elmi məcmuəsi
  • 2010, The light of her soul lights up our life, K.Kərimov, O.Eldarov, Academician Zarifa khanum Aliyeva and the modern ophthalmology, Baku
  • 2013, Ustadlarımıza böyük sayğı ilə. Cəmilə Çiçək, Sən dağlardan ayrılmadın. (Aşıq Şəmşir haqqında),“Azərbaycan Dövlət Nəşriyyatı”, Bakı 2013, 3-6
  • 2013, Misir qrammatika məktəbi-Azərbaycan dilçiliyi müntəxabatı,“Abis Alarqo” çap evi. Bakı, 2013, 483-498
  • 2013, Heydər Əliyev və dövlət-din münasibətləri, Tarix və onun problemləri, xüsusi buraxılış (nəzəri, elmi-metodik jurnal), Bakı, 2013. BDU-nun nəşriyyatı, 26 - 33
  • 2014, Azərbaycan şərqşünaslığının əbədiyaşar siması-professor Aida İmanquliyeva, Professor Aida İmanquliyevanın anadan olmasının 75 illik yubileyinə həsr olunmuş “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2014, 3-7
  • 2014, Ayətullah Məhəmməd Hadi Mərifətin “Quranın tarixi” kitabı haqqında bir neçə söz –Quranın tarixi, Xəzər Universitetinin Nəşriyyatı, Bakı, 2014, 7-8
  • 2014, Xəqani Şirvaninin “Mədain xərabələri” qəsidəsində bir beytin şərhi, “Şərqşünaslığın aktual problemləri” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, 2014, 98- 100
  • 2015, İlk Azərbaycanlı şərqşünas qadın, elmlər doktoru (prof Aida İmanquliyeva haqqında), “Təhsil” jurnalı, oktyabr 2015
  • 2015,Qurani-kərim, yenidən işlənmiş XVII nəşr, Bakı, “Nurlar” nəşriyyatı, 2015
  • 2015, Qurani-kərim (gözdən əllilər üçün brayl əlifbası ilə), Bakı, 2015,  yeddi cilddə
Bookmark and Share