HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

TƏHSİL

Kafedranın əsas ixtisas yönümü Qurani- Kərim, islam əxlaqı, islam dininin əsasları,islam tarixi, təfsir üsulu, fiqh üsulu, hədis üsulu, təfsir, fiqh, hədis,din fəlsəfəsi, kəlam, islam ölkələri coğrafiyası, dinlər tarixi, din fəlsəfəsi, məntiq, islam fəlsəfəsi, islam məzhəbləri tarixi, təsəvvüf tarixi, din psixologiyası, din sosiologiyası, islam mədəniyyəti tarixi, islam tədrisi üsulu, araşdırma texnikləri olduğundan buradaislam elmlərinə dair araşdırmalar aparılır. İlahiyyat fakültəsi yarandığı gündün islam elmləri üzrə kadr hazırlığı Türkiyənin tanınmış professor heyəti tərəfindən aparılmışdır. İslam elmlərindən ilk dərs deyən müəllimlər prof. Təyyar Altıkulac, prof. Kamal Atik və Cəlal Erbay olmuşlar. Onlardan sonra burada Ərdoğan Pazarbaşı, Habil Nazlıgül, Əli Rəsuloğlu, Əli Ulusoy, prof. Özgü Aras, prof. Mövlud Fərligül, prof.Həsən Güləc, prof. Xalis Albayraq, prof. Müjdat Ulucam, prof.Zəkəriyyə Gülər, prof.Saffet Köse, prof. Əbdülüziz Xətib, prof.Cem Zorlu, prof. Seyfullah Sevim, prof. Ələddin Dərman, prof. Süleyman Akkuş, prof. Rəhmi Yaran, prof. Həsən Cirit, prof.Hayrı Ertən, prof.Kamil Günəş, prof.Əhməd Fəthi Polad , prof.Abdullah Kahraman, prof. Ömər Aslan dərs demişlər. Hazırda İlahiyyat fakültəsində islam elmləri üzrə, o cümlədən Qurani- Kərim, islam əxlaqı, islam dininin əsasları, islam tarixi, təfsir üsulu, fiqh üsulu, hədis üsulu, təfsir, fiqh, hədis,din fəlsəfəsi, kəlam, islam ölkələri coğrafiyası, dinlər tarixi, din fəlsəfəsi, məntiq, islam fəlsəfəsi, islam məzhəbləri tarixi, təsəvvüf tarixi, din psixologiyası, din sosiologiyası, islam mədəniyyəti tarixi, islam tədrisi üsulu, araşdırma texnikləri fənlərini tədris edənbütün müəllimlər fakültənin vaxtilə Tələbə Elmi cəmiyyətinin üzvü olmuş elmi-ictimai işlərdə aktiv fəaliyyət göstərmiş məzunlarıdır. Bundan əlavə fakültənin bir çox məzunları respublikanın müxtəlif elmi elmi tədris müəssisələrində tədqiqat işləri aparmaqdadırlar. Son illərdə İlahiyyat fakültəsində tələbə, aspirant və gənc tədqiqatçıların elmi-tədqiqat işlərinə cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparılmışdır. Fakültənin tələbə, aspirant və gənc tədqiqatçıları son dövrlərdə respublikada keçirilən beynəlxalq elmi-dini konfranslarda fəal iştirak etmişlər.

Bookmark and Share