HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

TƏHSİL

Kafedranın əsas ixtisas yönümü ərəb dili olduğu üçün burada ərəb ədəbi dilinin qrammatikasına dair ən mühüm elmi yenilikləri özündə ehtiva edən elmi tədqiqat işləri aparılır. Demək olar ki, ərəb dili qrammatikasının bütün sahələri öyrənilir. Məsələn, a) ərəb dilçiliyində hal cümləsini qeyd etmək olar. Bu cümlə tipi ərəb dilində geniş yayılmış mürəkkəb cümlə növlərindəndir. Mürəkkəb cümlə növünün “hal” qrammatik hadisəsi ilə əlaqəsi, oxşar və fərqli cəhətləri araşdırılır. b) Ərəbcə və türkcə ikidilli lüğətlərin yazılma tarixi və tərtib prinsipləri araşdırılır. Bu, həm ərəb, həm də Azərbaycan dili tarixini öyrənmək baxımından çox faydalıdır. c) Ərəb dilinin köməkçi nitq hissələrinin təsnifatı barədə ərəb dilçilərinin fikirləri, onlar arasındakı ixtilaflar, həmçinin Azərbaycan ərəbşünaslığında onların öyrənilməsi, təsnifatı və işlənmə xüsusiyyətləri müqayisəli şəkildə tədqiq olunur. d) Ərəb ədəbi dilində feil, söz yaradıcılığında feil bablarının yeri öyrənilir. e) Ərəb fonetikası, leksikoqrafiyası və orfoqrafiyasında həmzə fonemi. Tədqiqat işi ərəb dilçiliyinin aktual və eyni zamanda mübahisəli məsələlərindən birinə həsr olunmuşdur. Ərəb dilində həmzə mövzusu Azərbaycan ərəbşünaslığında ilk dəfədir ki, bu cür ətraflı şəkildə və dərindən araşdırılır. Burada həmzə samitinin məxrəci, tələffüzü, ərəb leksikoqrafiyası və orfoqrafiyasında onun yeri və yazılış xüsusiyyətləri və s. məsələlər elmi şəkildə işıqlandırılmışdır. Müəllif bu məqsədlə yazdığı monoqrafiyada ərəb dilçilik elminin banilərindən biri hesab olunan Sibəveyhidən başlayaraq orta əsr görkəmli ərəb dilçilərinin, eləcə də müasir Avropa, rus və Azərbaycan ərəbşünaslarının əsərlərini təhlil süzgəcindən keçirmiş, çoxlu faydalı məlumat toplamış, onları sistemləşdirərək məntiqi ardıcıllıqla təqdim etmişdir. O, irəli sürdüyü müddəaları əsaslandırmaq üçün məşhur ərəb dilçilərinin əsərlərindən xeyli miqdarda tutarlı iqtibaslar və sübutlar gətirmişdir ki, onlar monoqrafiyanın sanbalını və faydasını mühüm dərəcədə artırmışdır.Əsər nəzəri əhəmiyyəti ilə yanaşı həm də kifayət qədər praktik əhəmiyyətə malikdir. Belə ki, xüsusən ərəb dili fonetikasının tədrisi zamanı ondan geniş şəkildə istifadə oluna bilər.Kafedranın ştatlı müəllimlərinin hamısı elmi-tədqiqat işləri ilə məşğuldurlar. İndiyə qədər onlar tərəfindən üç monoqrafiya, dörd tədris proqramı, iki dərs vəsaiti və 80-dən artıq elmi məqalə hazırlanıb nəşr edilmişdir.Onların ümumi istiqamətləri ərəb, ingilis və türk dillərinin fonetikası, morfologiyası və sintaksisinin tədqiqi və tədrisi ilə bağlıdır. Kafedrada həyata keçirilmiş elmi-tədqiqat işlərinin əsas istiqamətlərini ixtisaslar üzrə aşağıdakı kimi müəyyənləşdirmək olar :

1.Ərəb dili orfoqrafiyası, fonetikası, leksikoqrafiyası, morfologiyası və sintaksisinin tədqiqi və tədrisinin əsas xüsusiyyətləri;

2.İngilis dilində sözdüzəldici vasitələrin və ilahiyyat təmayüllü məktəblərdə ingilis dilinin tədrisi üsullarının tədqiqi;

3.Türk dili morfologiyası və sintaksisinin aktual problemləri;
4. Fars dili

Kafedra xətti ilə aparılan elmi tədqiqat işlərinin nəticələri praktik olaraq bilavasitə tədris prosesində tətbiq edilir. Kafedra patent və informasiya ilə bağlı fəaliyyət aparmır. Kafedranın maddi-texniki bazası lazımi səviyyədədir.

Kafedra müəllimləri tərəfindən tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi daima kafedra müdirinin nəzarəti altındadır. Kafedra iclaslarında müəllimlərə tez-tez çoxballı sistemlə qiymətləndirilmə, balların düzgün verilməsi, imtahan vərəqlərinin doldurulması və s. barədə məlumat verilir.

Kurs və buraxılış işləri mövzuları bir qayda olaraq kafedramüəllimləri tərəfindən seçilib təqdim olunur, sonra onlar siyahı şəklində kafedra iclasında müzakirə və təsdiq olunur və məhzbundan sonra onlar tələbələrə tapşırılır. Kurs və buraxılış işləri müəyyən olunmuş vaxtlarda yerinə yetirilərək xüsusi komissiyalar qarşısında müdafiə olunur. Bu mövzular ərəb dili və dilçiliyinin ən aktual məsələlərinə həsr olunur.

 

 

 

 

Bookmark and Share