HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Nəşr qaydaları

1. Məqalə digər nəşrlərə təqdim edilməmiş yeni tədqiqat olmalıdır.

2. Məqalənin mətni jurnalın redaksiyasına A4 formatda, "12" ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1,5 intervalla, Azərbaycan, türk, ingilis, rus və ərəb dilində Times New Roman şriftində 1 nüsxədə çap edilərək elektron variantda redaksiyaya təqdim edilir. Məcmuənin elektron ünvanı: bduilahiyyat@yahoo.com

3. Məqalənin əvvəlində məqalənin adından sonra müəllifin adı, işlədiyi müəssisə və müəllifin elektron poçt ünvanı göstərilməlidir.

4. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar olmalıdır. İstinad qaydaları AAK - nin tələblərinə uyğun olmalıdır.

5. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat AAK - nın tələblərinə görə tam və dəqiq olmalıdır.

6. Məqalənin sonundakı ədəbiyyat siyahısında son 5 - 10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və digər etibarlı mənbələrinə üstünlük verilməlidir.

7. Ədəbiyat siyahısı məqalənin sonunda xülasələrdən əvvəl verilməlidir.

8. Məqalənin yazıldığı dildə və əlavə olaraq 2 dildə (rus və ingilis) xülasə verilməlidir. Məqalələrin həcminin 6 - 15 səhifə, xülasələrin 5 - 8 sətir olması tövsiyə edilir.

9. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar göstərilməlidir.

10. Hər bir məqalədə açar sözlər üç dildə (məqalənin və xülasələrin yazıldığı dillərdə) verilməlidir.

11. Məqalənin keyfiyyətinə, göstərilən faktların doğruluğuna və digər məlumatlara görə müəllif cavabdehlik daşıyır.

Bookmark and Share