HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Mirniyaz Mürsəl oğlu Mürsəlov

BDU-nun İlahiyyat fakültəsinin İslam elmləri kafedrasının müəllimi, dekan müavini

İş telefonu: (+99412) 510 65 45

e-mail:emirniyaz@yahoo.com

 

QISA BİOQRAFİK MƏLUMAT:

1978-ci il mart ayının 31-də Biləsuvar rayonu İsmətli kəndində anadan olmuşdur. 1985-1995-ci illərdə orta məktəbdə təhsil almışdır.

Ailəlidir.

 

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI:

1995-2000-ci illərdə BDU-nun İlahiyyat fakültəsində təhsil almışdır.

2000-2001-ci ildə Türkiyənin İstanbul şəhərində Haseki Eğitim MərkəzindəQuranın təcvidi və qiraəti üzrə bir illik kurs keçmişdir.

2005-2007-ci illərdə BDU-nun İlahiyyat fakültəsinin doktorantı olmuşdur.

2013-cü ildə “Kisainin qiraət sistemi” mövzusunda dissertasiya işini müdafiə etmiş, fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.

Bildiyi dillər: Azərbaycan (ana dili), İngilis dili, Ərəb dili, Türk dili, Rus dili.

 

ƏMƏK FƏALİYYƏTİ:

2000-2001-ci təhsil ilindən BDU-nun İlahiyyat fakultəsinin İslam elmləri kafedrasında Quranın təcvidi və qiraəti fənnini tədris edir.

2014-cü ildən təlim-tərbiyə məslələri üzrə dekan müavini vəzifəsində çalışır.

 

TƏDQİQAT SAHƏSİ:

Qurani-Kərim

 

MƏQALƏLƏR:

1. “İlahiyyat Fakültələrində Quranın Qiraətinin Öyrədilməsinin Bəzi Metodik Xüsusiyyətləri”, BDU-nun İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 7, Bakı, 2007.

2. “Kisainin Qiraətinin Xüsusiyyətləri”, BDU-nun İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 11, Bakı, 2009.

3. “Quranın “Yeddi Hərf” Üzrə Nazil Olması”, BDU-nun İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 12, Bakı, 2009.

4. “Kisainin Həyat və Yaradıcılığı”, Dil və Ədəbiyyat, 3 (69), Bakı, 2009.

5.“Şii Müfessir Ebü`l-Kasım Hui`nin Kıraat Anlayışı”, Cumhuriyyet Üniversitesi İlahiyat Fakültesi Dergisi, XIII, Türkiye (Sivas), 2009.

6. “On Qiraət İmamı və Onların Raviləri”, BDU-nun İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 13, Bakı, 2010.

7. “Kisainin qiraətinə görə əl-Bəqərə surəsinin təhlili”, BDU-nun İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, № 18, Bakı, 2012.

8. “Son dövr Azərbaycan müfəssirləri”, BDU-nun İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, №21, Bakı, 2014.

9. “Qurani-Kərimin nazil olmasından kitablaşmsına qədərki tarixi”, BDU-nun İlahiyyat Fakültəsinin Elmi Məcmuəsi, №24, Bakı, 2015.

İŞTİRAK ETDİYİ KONFRANS VƏ SİMPOZİUMLAR:

1. “Mədəniyyətlərarası Dialoqda Din Faktoru və Quranın Dialoqa Baxışı”, Azərbaycan Dillər Universitetinin təşkil etdiyi Mədəniyyətlərarası Dialoq: Linqvistik, Pedaqoji və Ədəbi Aspektlər Beynəlxalq Elmi Konfrans, 25-27.XI.2011, Bakı, 2010.

2. “Qurani-Kərimin nazil olma mərhələləri”, Azərbaycan Şərqşünaslıq elminin inkişaf yolları, Bakı, 2013.

3. “Kisainin qiraətinin bəzi şəri hökmlərə təsiri”, Şərqşünaslığın aktual problemləri mövzusunda Respublika elmi konfransının Materialları, Bakı, 2012.

TƏRCÜMƏLƏR:

  1. Həzrəti Muhamməd və ümumbəşəri dəvəti, İbrahim Sarıçam, İpəkyolu nəşriyyatı, Bakı, 2013.
  2. Hədislərlə İslam, Huriye Martı, Zişan Türcan və s. Özgün Matbaacılık, Ankara, 2014.
Bookmark and Share