HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Tələbə Həyatımız

Bakı Dövlət Universiteti Azad Tələbə Həmkarlar İttifaqı Komitəsinin bir şöbəsi olan İlahiyyat fakültəsi Tələbə Həmkarlar Təşkilatı komitənin nizamnaməsində nəzərdə tutulan bütün hüquqlara malik özünüidarə təşkilatıdır. Təşkilat uzun illərdir tələbələrin problemləri ilə məşğul olur. Seçilmiş tələbələr tərəfindən idarə olunan təşkilat ən müxtəlif səpkidə fəaliyyət sahəsinə malikdir. Təşkilat tələbələrin asudə vaxtlarının səmərəli təşkil olunması, dərsdən kənar ictimai fəaliyyətlərə cəlb olunması, müxtəlif problemlərinin həll olunmasında onlara yardımçı olmaq kimi işlərlə məşğul olur. Bu məqsədlə ATHİK müxtəlif tədbirlər keçirir.
Tələbə Həmkarlar Təşkilatı tələbələrin magistrtura və Dövlət qulluğuna qəbul imtahanlarında müvəffəqiyyətli olmaları üçün onları hazırlamaq məqsədilə hər həftə öz hesabına məntiq hazırlıq kursları və imatahanları təşkil edir. Bu imtahanlar tələbələr arasında böyük maraq doğurur.
Tələbələr arasında sosial vəziyyəti aşağı səviyyəli tələbələrin olduğunu nəzərə alan təşkilat bu cür tələbələrə pulsuz nahar yeməyi üçün talonlar verir.
Bundan başqa gənclərin Vətən sevgisini, onların vətəpərvərlik ruhunu inkişaf etdirmək məqsədilə İlahiyyat THT müxtəlif tədbirlər keçirir. İşğal olunmuş torpaqlarımızın hər birinin işğal günləri yada salınır. Tarix boyunca qazandığımız zəfərlər qeyd olunur. Torpaqlarızın müstəqilliyi və xalqımızın səadəti uğrunda şəhid olan vətən övladlarının ruhlarına Qurani-Kərim xətm olunur.
Bundan başqa fakültəmizdəki gənclərimiz
idmanaəyləycəyədə böyük maraq görsərirlər.

İlahiyyat THT hər həftə əxlaqi mövzularda vizual görüntülü tədbirlər keçirir. Bundan başqa müxtəlif mövzulara həsr olunmuş mühazirələr təşkil olunur. Müxəlif alimlərin dəvət olunduğu konfranslarda tələbələr onları maraqlandıran suallara cavab tapma imkanı əldə edirlər.

Bookmark and Share