HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Fakültədə iki kafedra – islam elmləri kafedrası və dillər kafedrası fəaliyyət göstərir. Hal hazırda islam elmləri kafedrasının müdiri dos. Mübariz Camalov, dillər kafedrasının müdiri isə prof. Ç. Mirzəzadədir.
İslam elmləri kafedrasında
8 müəllim işəyir. Bunlardan 5 islam elmləri namizədi, biri isə professordur. Bu müəllimlərin hamısı namizədlik dissertasiyasını Türkiyə Respublikasının ali məktəblərində müdafiə etmişlər. Fakültənin ilkin yarandığı dövrdə Türkiyə Respublikasının müxtəlif ali məktəblərdən professorlar dəvət olunurdu. Hal-hazırda kafedranın demək olar ki, bütün müəllimləri yerli kadrlardır. Bir müəllim isə Türkiyə Respublikasından dəvət olunmuşdur. 
Dillər kafedrasında
hal-hazırda 13 müəllim fəaliyyət göstərir. Onlardan 9 ştatda, 4 isə saat-hesablı müəllimlərdir. Kafedranın yarandığı gündən ona rəhbərliyi mərhum dosent Malik Qarazadə aparmışdır. Hal-hazırda kafedraya rəhbərliyi müdiri Ç. Mirzəzadə aparır. Kafedrada 5 elmlər namizədi və 4 baş müəllim fəaliyyət göstərir.
Hazırda fakültəmizdə təhsil müddəti 4 il  bakalavriat və 2 il magistratura mərhələləri vardır.

Bookmark and Share