HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

Aslanova Süsən
Filologiya üzrə Fəlsəfə doktoru

BDU-nun İlahiyyat fakültəsi,

Dillər kafedrasının baş müəllimi

İş telefonu: (+99412) 5106545

QISABİOQRAFİK MƏLUMAT

1951-ci il noyabrın 13-də Ağdam şəhərində anadan olmuşdur.

1958-1968-ci illərdə Ağdam şəhəri 5 saylı orta məktəbində təhsil almışdır.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

1968-1973-cü illərdə ADU-nun Şərqşünaslıq fakültəsində təhsil almışdır.

ƏMƏK FƏALİYYƏTİ

1973-1974-cü illərdə H. Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Ağdam filialında işləmişdir.

1977-1978-ci illərdə Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xarici verilişlər idarəsinin

Ərəb redaksiyasında korrektor vəzifəsində çalışmışdır.

1979-1985-ci illər arasında Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin xarici verilişlər

idarəsinin Ərəb redaksiyasında tərcüməçi vəzifəsində çalışmışdır.

1985-1987-ci illərdə BDU-da saathesabı müəllim işləmişdir.

1992-ci ildən BDU-nun İlahiyyat fakültəsindəmüəllim vəzifəsində çalışır.

Ərəb dili fənnini tədris edir.

15 məqalənin müəllifidir.

TƏDQIQAT SAHƏSI

Ərəb dilçiliyi

SEÇİLMİŞ ƏSƏRLƏRİ

1. Bakı 2000, Ərəb ədəbi dilində müəyənlik artiklı,onun mənşəyi və funksiyaları.

2. Bakı 2002, Ərəb ədəbi dilində qeyri-müəyyənlik məsələsinin qoyuluşuna dair

3. Bakı 2006, Əs-Suyutinin „əl-Mizhər“ əsərinin meydana gəlməsinin tarixi şəraitinə dair

4. Bakı 2008, Əs-Suyutinin „əl-Mizhər“ əsərində qrammatik cinsin bəzi morfoloji vəqrammatikxüsusiyyətlərinə dair

5. Bakı, 2009, Ərəb ədəbi dilində kəmiyyət kateqoriyasının özünəməxsus formalarından olan təsniyənin şəkilçiləri və leksik – semantik xüsusiyyətləri

6. Bakı, 2010, “Allah” sözünün arxitepinə dair

7. Bakı, 2011, “Beytul – Haranın diyarı Məkkə  etimoloji təhlil işığında”

8. Bakı, 2012, Ərəb ədəbi dilinin lüğət tərkibində nida və vokativ sözlər

9. Bakı, 2013, Məşhur ərəb dili alimi İbn əs – Suyitinin həyat və yaradıcılığına dair

10. Bakı, 2014, İbn Xalikanın həyat və yaradıcılığında müəllimi Şeyx Muvaffaquddin ən – Nəhvinin rolu

11. Bakı, 2014, əl – Firuzabadı təkcə leksikoqraf idimi?, Görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aidə İmamquliyevanın anadan olmasının 75 illiyinə həsr olunmuş “Şərq xalqları ədəbiyyatl: ənənə və müasirlik” mövzusunda Beynəlxalq Elmi Konfransın materialları

12. Bakı, “Qurani – Kərimdə işlədilmiş köməkçi nitq hissələrinin morfoloji – qrammatik xüsusiyyətləri”, Bakı Dövlət Universitetinin 90 illik yubleyinə həsr olunmuş Beynəlxalq Konfransın materialları

13. Bakı, 2015, Ərəb dilində bağlayıcılar və onların ayəti – kərimlərdə işlədilməsinin leksik – qrammatik xüsusiyyətləri

Bookmark and Share