HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

DİLLƏR KAFEDRASININ TARİXİ

Dillər kafedrası 1995-ci ilin dekabr ayında təşkil olunmuşdur. O, ərəb, fars, türk və ingilis dillərinin tədrisi ilə məşğul olur. Ümumi dərs yükü 6609 saatdır. Kafedra təşkil olunan zaman onun mwdiri  f.e.n.,dos.M.Qarazadə olmuşdur. Hal-hazırda kafedra müdiri prof.Ç.H.Mirzəzadədir. “Dillər” kafedrasında 8 nəfər tam ştatlı, 1 nəfər 0,5 ştatlı, 3 nəfər isə saat hesabı ilə dərs deyən müəllim çalışır. Kafedranın bir laborantı vardır.  Ümumiyyətlə kafedra əməkdaşlarının sayı 10 nəfərdir.

Kafedranın tam ştatlı müəllimlərinin 6-ı ərəb dili müəllimi, 1 - i ingilis dili, 1-i  türk, 1- i isə fars dili müəllimləridir. Yarım ştatlı müəllim ərəb dili müəllimidir. Saat hesabı ilə dərs deyən müəllimlərin 2-i ərəb dili, 2-si isə fars dili müəllimidir.
Kafedranın müəllimlərinin beşi filologiya elmləri namizədi, onlardan dördü eyni zamanda dosent, ikisi baş müəllim, qalanları isə müəllimdir. Kafedranın ştatlı müəllimlərinin hamısı elmi-tədqiqat işləri ilə məşğuldurlar. İndiyə qədər onlar tərəfindən dördmonoqrafiya, dörd tədris proqramı, iki dərs vəsaiti və 80-dən artıq elmi məqalə hazırlanıb nəşr edilmişdir

Bookmark and Share