HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

KAFEDRANIN TARİXİ

Kafedra 1992-ci ildə yaranmışdır. Fakültə yaranandan bu kafed­raya Türkiyədən təhkim edilmiş professor-müəllim heyəti ictimai əsaslarla rəhbərlik etmişdir. Hazırda İslam elmləri kafedrasında çalışan müəllimlərin hamısı Türkiyə Respublikasında doktoranturanı müvəffəqiyyətlə bitirib öz doğma fakültələrinə qayıtmış azərbaycanlılardır. 2009-cu ildən kafedraya dosent Mübariz Məhəmmədəli oğlu Camalov başçılıq edir.

Kafedrada 8 nəfər işləyir: dosentlər– M.M.Camalov, Qoşqar Fuad oğlu Səlimli, Adilə İslam qızı Tahirova, Namiq Gülbala oğlu Abuzərov, Mehriban Sultanhüseyn qızı Qasımova, baş müəllim Mirniyaz Mürsəl oğlu Mürsəlov, müəllimlər Aqil Muxtar oğlu Şirinov, Elnurə Akif qızı Əzizova.

Kafedranın əsas ixtisas yönümü Qurani-Kərim, İslam əxlaqı, İslam dininin əsasları, İslam tarixi, təfsir üsulu, fiqh üsulu, hədis üsulu, təfsir, fiqh, hədis, din fəlsəfəsi, əqaid, kəlam, İslam ölkələri coğrafiyası, dinlər tarixi, din fəlsəfəsi, məntiq, İslam fəlsəfəsi, İslam məzhəbləri tarixi, təsəvvüf tarixi,din psixologiyası, din sosiologiyasıdır. Kafedrada İslam elmlərinə dair araşdırmalar aparılır.

İndiyə qədər kafedra əməkdaşları tərəfindən 21 dərslik, 1 metodik vəsait, 3 tədris proqramı, kafedra müəllimlərinin tərcümə etdiyi 4 kitab və 160-dan artıq elmi məqalə hazırlanıb nəşr edilmişdir.

Bookmark and Share