HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

BEYNƏLXAQL ELMİ ƏLAQƏLƏR

İlahiyyat fakültəsinin alimləri ərəb ölkələri ilə, xüsusilə də Türkiyə Respublikası, onların elm və tədris ocaqları ilə, orada çalışan həmkarları ilə əməkdaşlıq edirlər. Fakültənin Misir Ərəb Respublikasının Qahirə və Əl-Əzhər universitetləri, Türkiyə Respublikasının Mərmərə, Səlcuq, Ankara, “9 Eylül” universitetləri ilə sıx əlaqələri var. Belə ki, son illərdə adlarını çəkdiyimiz universitetlərdən fakültəyə professor-müəllim heyəti göndərilmiş və fakültənin elmi-tədris işlərində yaxından iştirak etmişlər. İlahiyyat fakültəsi öz fəaliyyəti dövründə həmişə milli adət-ənənələrə sadiq qalmış, fakültə məzunlarının Azərbaycan dövlətçiliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi ruhunda yetişdirilməsinə qayğı və diqqət göstərmişdir.

İlahiyat fakültəsi gənc olmasına baxmayaraq orada bir sıra elmi-metodik işlər görülmüş və görülməkdədir. Fakültə müəllimləri istər respublika, istərsə də universitet miqyasında keçirilən elmi konfrans və simpoziumlarda fəal iştirak edir, maraqlı məruzələrlə çıxış edirlər. Dillər kafedrasının müəllimləri son illər ərzində üç kitab, iki tədris proqramı, bir dərs vəsaiti, 50 artıq elmi məqalə çap etdirmişdir. Onlar ərəb, fars, türk və ingilis dillərinin aktual məsələləri ilə bağlı araşdırmalarını indi də davam etdirirlər.

Fakültənin Türkiyənin İstanbul şəhərindəki Mərmərə universiteti ilə sıx elmiəlaqələri vardır. Oradan fakültəmizə elmi ədəbiyyat və tədris vəsaitləri göndərilir. Fakültəmiz də öz növbəsibdə oraya öz elmi məcmuələrini və digər elmi ədəbiyyat göndərir. Həmin universitetdə hazırda fakültəmizin 10-dan artıq məzunu doktorantura üzrə təhsillərini davam etdirir. Fakültəmizin həmçinin, Qahirə və məşhur Əl- Əzhəruniversitetləri ilə də beynəlxalq elmi əlaqələri vardır. Artıq bir neçə ildir ki, Əl-Əzhər universitetinin müəllimləri fakültəmizdə danışıq dərslərini aparırlar. Bundan başqa bir neçə il ərzində fakültəmizin tələbələrindən 6-7 nəfəri təcrübə keçmək üçün Qahirə universitetinə göndərilmişdir.

Bookmark and Share