HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

ELMİ ŞURA

Elmi Şurada fakültədə olan kafedraların elmi və pedaqoji fəaliyyətləri, rektorun universitetdə elm və təhsillə bağlı əmr və sərəncamlarına müvafıq olaraq tənzimlənir, fakültədə nizam və intizamın yüksək səviyyədə saxlanılması üçün tədbirlər planı hazırlanır. Tədrisin müasir tələblərinə cavab verən şərtlərlə aparılmasında, imtahan sessiyaları müddətində kafedra müəllimlərinin səfərbər olunmasında yardımçı olur. İmtahan sessiyası nəticələrini müzakirə və təhlil edir, kafedralarda aparılan elmi və tədris işləri ilə bağlı məsələləri müzakirə və təsdiq edir, kafedralarda elan üzrə boş olan yerlərə müsabiqə elan edərək səsvermə prosedurlarını keçirir. Tələbələrin diplom işi mövzularını təsdiq edir, Yekun Dövlət Attestasiya Komissiyasının fəaliyyətini müzakirə və təhlil edir.

İlahiyyat fakültəsinin Elmi Şurası aşağıdakı tərkibdə fəaliyyət göstərir:

1. akad. Məmmədəliyev Vasim Məmmədəli oğlu
(fakültənin dekanı) - sədr

2. dos. N.Q.İsmayılzadə
(dekan müavini) - sədr müavini

3. prof. Ç.H. Mirzəzadə
- elmi katib

4. i.f.d Osman Aydınlı
(dekan müavini) - üzv

5. i.e.f.d M.M.Camalov
(İslam elmləri kafedrasının müd.) - üzv
6. f.f.d M.M.Mürsəlov

(dekan müavini) - üzv

7. i.f.d N.G.Abuzərov

(İslam elmləri kaf. müəl.) - üzv

8. i.e.f.d A.M.Şirinov

(İslam elmləri kaf. müəl.) - üzv

9. Y.M.Qaraşova

(Fakültə Həmk. Kom. sədri) - üzv

10. İ.V.Cəfərli

(Tələbə Həmkarlar Komitəsinin sədri) - üzv
8. E.Ş.Əliyev
( Tələbə-Gənclər Təşkilatının sədri) - üzv

Bookmark and Share