HomeAZ | RU | EN
Bir ayə

Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər. Bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırar. Allahın lütfü çox genişdir.

əl-Bəqərə, 2: 261

Bir hədis

İnsanlara mərhəmət etməyənə Allah da mərhəmət etməz.

Həqiqətən Allah sizin üzünüzə və mallarınza deyil, qəlbinizə və əməllərinizə baxar.

Hz. Muhamməd (s.a.v.)

Bir ifadə

Həqiqi zəngin, elmi çox olandır.

Hz. Əli (r.a.)

Bir şam digər bir şamı yandırmaqla işığından heç nə itirməz.

Mövlana Cəlaləddin

FAKÜLTƏNİN STRUKTURU


Fakültənin dekanı onun yarandığı vaxtdan bu günə qədər AMEA-nın akademiki, İslam Konfransı Təşkilatı Fiqh Akademiyasının həqiqi üzvü, İraq Elmlər Akademiyasının müxbir üzvü, Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, Azərbaycan və Dağıstan Respublikasının əməkdar elm xadimi, filologiya elmləri doktoru, akademik Vasim Məmmədəliyevdir.
Fakültə Azərbaycan və Türkiyə Təhsil Nazirliyinin müvafiq qərarına əsasən Bakı Dövlət Universitetinin nəzdində yaradılmışdır. Türkiyə dövləti tərəfindən dövlət xadimi Təyyar Altıkulacla yanaşı bir sıra türk professorlarının da böyük dəstəyi və əvəzsiz xidməti olmuşdur.
F
akültənin professor-müəllim və tədris köməkçi heyəti aşağıdakıkimidir :

1. Elmlər doktoru, akademik- 1 nəfər

2. Elmlər doktoru, professor - 2 nəfər

3. Elmlər namizədi, dosent-2 nəfər

4. Elmlər namizədi, baş müəllim-3 nəfər

5. Elmlər namizədi, müəllim-8 nəfər

6. Müəllim-3 nəfər

7. Baş laborant-1nəfər

8. Laborant-3 nəfər

Fakültənin tədris planı yerli xüsusiyyətlər, spesifik cəhətlər nəzərə alınmaqla İstanbuldakı Mərmərə Universitetinin İlahiyyat fakültəsinin tədris planı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qaydaları əsasında tərtib edilmişdir.

Bookmark and Share