Xəbərlər
Qəhrəman şəhidimiz
Tarix: 19/01/2012Bu gün qəhrəman şəhidimiz Fərid Əhmədovun doğum günüdür. Şəhidlər vəfat etdiyi zaman ölməz,
unudulduğu zaman ölər!
| Ətraflı
Tarix: 31/12/2011
| Ətraflı
31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günüdür
Tarix: 31/12/2011
Bu gün Dünya Azərbaycanlılarının həmrəylik günüdür. Artıq 20 ildir ki, bu bayramı dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyona yaxın azərbaycanlı qeyd edir.
| Ətraflı
\"İlin ən yaxşı tələbəsi\" müsabiqəsi
Tarix: 27/12/2011Bakı Dövlət Universitetində "İlin ən yaxşı tələbəsi" müsabiqəsi keçirildi. Müsabiqə sorğu anketindən istifadə edilərək, tələbələr arasında səsvermə yolu ilə həyata keçirildi. Müsabiqədə bütün fakültə tələbələri iştirak etdilər və istədikləri namizədə səs verdilər.
| Ətraflı1 Dekabr-Ümumdünya AİDS-lə mübarizə günüdür.
Tarix: 01/12/2011Dekabr ayının 1-də Ümumdünya AİDS günü qeyd edilir. İlk dəfə 1988-ci ildə təsis edilmiş AİDS günü 2009-cu ildə artıq 21-ci dəfə keçirilir.
| ƏtraflıQnvermə aksiyası
Tarix: 28/11/2011
28 Noyabr da Bakı Dövlət Universitetində Talassemiyalı və Hemofiliyalı xəstələr üçün qanvermə aksiyası həyata keçirildi. Aksiyada universitetin bütün fakültələri iştirak etdi, İlahiyyat fakültəsinin iştirakı fərqləndi.
| Ətraflı
Ən gözəl Quran-i Kərim Qiraəti
Tarix: 15/11/2011
15 Noyabr 2011-ci il tarixində Bakı Dövlət Universiteti İlahiyyat fakultəsində "Ən gözəl Quran-i Kərim Qiraəti" müsabiqəsi həyata keçirildi. İlk öncə fakultə dekanı akad.V.M.Məmmədəliyev çıxış edərək belə yarışmaların vacibliyini vurğuladı ve bütün iştirakçılara uğurlar arzu etdi. Yarışmada fakultə tələbələri çox aktiv şəkildə iştirak etdilər. Tələbələr arasında seçim etmək üçün münsiflər heyəti yaradıldı və hər bir münsif ayrı-ayrılıqda iştirakçılara səs verdi.
| Ətraflı
Küveyt nümayəndə heyəti BDU-da
Tarix: 14/04/2010Aprelin 13-də Küveyt Dövləti Gənclər və İdman məsələləri üzrə Dövlət Komitəsinin sədri, general Feysəl Musaid Əl-Qəzzafın rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
Qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov Küveyt-Azərbaycan münasibətlərindən, idman sahəsində qurulmuş əlaqələrdən danışıb və bunun təhsil sahəsinə də keçid almasına ümid etdiyini bildirib.
31 mart soyqırım günüdür.
Tarix: 30/03/20101918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın günü Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi qeyd olunur.
| ƏtraflıBənövşə ətirli Novruz bayramınız mübarək!
Tarix: 17/03/2010İlahiyyat fakültəsi bütün Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edir!
Mart ayının 19-da BDU-da Novruzla əlaqədar tədbir keçiriləcək. Gəlin bütün fakültələr həmrəy olaq, baharı bir qarşılayaq.
BDU-da şahmat turniri keçirildi.
Tarix: 13/03/2010Martın 12-də Bakı Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş şahmat turnirinin açılış mərasimi oldu. Akademik Abel Məhərrəmov şahmat turnirinin əhəmiyyətindən danışdı və bununla bağlı daha bir neçə mötəbər tədbirin nəzərdə tutulduğunu bildirdi. Rektor həmçinin bu intellektual oyunda qalib gəlmək üçün məntiq, düşüncə və təfəkkürün güclü olmasının əhəmiyyətini vurğuladı.
| Ətraflı8 martınız mübarək!
Tarix: 06/03/2010Əziz qadınlar! Ümumdünya qadınlar günü münasibətilə sizləri təbrik edirik!
| ƏtraflıƏsrin faciəsi - Xocalı qətliamı...
Tarix: 24/02/201026 fevral 1992-ci il. O gecə dəhşət yaşadı Xocalı...
| Ətraflıbsu.edu.az saytı Milli Netin qalibi oldu
Tarix: 19/12/2009BDU-nun bsu.edu.az saytı Milli Net müsabiqəsində Elm və təhsil nominasiyası üzrə birinci yerin qalibi oldu.
| Ətraflı1 | 2 | 3
